UEFA "Qarabağ"a yarım milyondan çox ödəniş etdi

23.11.2022 17:15 395
Ölkə futbolu
UEFA "Qarabağ" klubuna 504 min avro məbləğində ödəniş edib.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu məbləği UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə və turnirdə iştirakla əlaqədar bonus olaraq alıb.

Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.