Alban hakim "Qarabağ"ın oyununu idarə edəcək

13.09.2022 09:46 386
Avropa Liqası
Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin 2-ci turunda Fransanın “Nant” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

Football-plus.az xəbər verir ki, sentyabrın 15-də, saat 20. 45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya Albaniyadan olan briqada təyinat alıb.

“Qarabağ” – “Nant”

15 sentyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.45

Baş hakim: Enea Jorgji

Baş hakimin köməkçiləri: Denis Rexha, Ridiger Çokaj

Dördüncü hakim: Juxhin Xhaja

VAR hakimi : Luca Pairetto (İtaliya)

Köməkçi VAR hakimi: Giacomo Paganessi (İtaliya)