"Lester"in 35 yaşlı hücumçusu Ceymi Vardi unikal göstəriciyə imza atıb.
Football-plus.az xəbər verir ki, o, premyer-liqanın "Vulverhempton"la görüşünün (4:0) 79-cu dəqiqəsində fərqlənib. Beləliklə, forvard 30 yaşından sonra İngiltərə çempionatında 100 qol vurmağı bacaran ilk futbolçu olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.