Namik bu göstərici ilə "Bursaspor"da ikincidi

28.05.2022 10:15 431
Dünya futbolu
"Bursaspor"da çıxış edən millimizin üzvü Namik Ələskərov "Bursaspor"da 2021/2022 mövsümündə ən çox meydana çıxan futbolçular sırasında yer alıb.

"Football-plus.az" xəbər verir ki, o, 2 min 414 dəqiqə ilə bu göstəricidə 2-ci pillədə qərarlaşıb. Siyahıya 2 min 948 dəqiqə ilə Burak Altıparmak başçılıq edir. Luka Tsapan 2 min 372 dəqiqə ilə 3-cüdü.

Qeyd edək ki, "Bursaspor" 2021/2022 mövsümündə Türkiyə 1-ci liqasında 17-ci yer tutub və 2-ci liqaya düşüb. Klubun prezidenti Ömer Furkan Banaz açıqlamasında əcnəbi futbolçularının hamısının müqaviləsinə xitam veriləcəyini bildirib.