Estoniyanı məyus edən futbolçumuzdan unikal göstərici - VİDEO

25.03.2022 20:50 1 996
Yığma
21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində Estoniyanı qəbul edib.

Yığmamız matçın 88-ci dəqiqəsində rəqibin qapısından üçüncü topu keçirib. "Sabah"ın üzvü Abdulla Xaybullayev fərqlənib.

Qeyd edək ki, yarımmüdafiəçi U-21-in heyətində debüt etdi. Matçın 74-cü dəqiqəsində meydana daxil olan futbolçu qısa müddət sonra qol vurmağı bacardı. Onun yığmadakı ilk oyununda fərqlənməsi 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın tarixində unikal göstəricilərdən biridi.

Həmin epizodu diqqətinizə çatdırırıq: