2022/23 Azərbaycanı Çelenc kubokunda təmsil edəcək “Murov” turnirin 1/32 final mərhələsində Xorvatiya “Kitro Varazdin”i ilə üz-üzə gələcək.
"Footbal-plus.az" xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq.
Hər iki matç Dərnəgül Voleybol Mərkəzində saat 18.00-da başlayacaq.