“Araz-Naxçıvan”ın ÇL-dəki oyunlarının təyinatları açıqlandı

17.10.2022 12:52 1 410
İdman
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarına təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, xəbər verir ki, qrupun matçlarında Şaix Viktor (Fransa), Yan Kresta (Çexiya), Lukaş Peşka (Slovakiya), David Abtequya Urdanoz (İspaniya) idarəçilik edəcəklər. Hakim-inspektor rumıniyalı Boqdan Soresku, UEFA nümayəndəsi isə Viktor Beseyro (İspaniya) olacaq.

Qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

26 oktyabr

Araz-Naxçıvan – Orebro (İsveç)

27 oktyabr

Loznika Qrad (Serbiya) - Araz-Naxçıvan

29 oktyabr

Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan