Mükafatlar uğrunda görüşlərin vaxtı bilindi

9.04.2022 16:39 513
İdman
Kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasında mükafatlar uğrunda görüşlərin keçirilmə yeri və vaxtı bəlli olub.

Həlledici matçlar aprelin 10-da baş tutacaq. Günün ilk oyununda bürünc medalçının adına aydınlıq gələcək.

Həmin qarşılaşmada saat 12.00-da “Murov-2” və “Masallı” ilə görüşəcək. Ardınca isə final matçının start fiti veriləcək. Çempion adı uğrunda “Azərbaycan Ali Hərbi Məktəb” və “Təhsil” qarşılaşacaq. Matç saat 14.00-da başlayacaq.

Görüşlər “Murov” Voleybol klubunun idman zalında təşkil olunacaq.