"Neftçi" bu tur istirahət edəcək

14.04.2022 13:10 544
İdman
Aprelin 15-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçiriləcək.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk qarşılaşma MOİK - “Murov” komandaları arasında olacaq.

Oyun saat 15.00-da başlayacaq.

Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi”lə üz-üzə gələcək.

Qeyd edək ki, bu tur “Neftçi” istirahət edəcək.