• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

9 turun mənzərəsi: hamı öz yerindədi? - KÖŞƏ

Manşet / Yazarlar

14-10-2022, 14:0

“Sabah”ın “Kəpəz”ə 5 qol vurmasıyla Misli premyer-liqasında həm 9-cu tur, həm də ilk dövrə başa çatdı.

Düzdü, heç də bütün komandalar 9 oyun keçirməyib. “Qarabağ”ın Tovuza səfəri “köhlən atlar”ın avrokuboklardakı çıxışı səbəbindən təxirə salınıb. Buna görə də “Turan Tovuz”la “Qarabağ” başqalarına nisbətən bir oyun az keçirib. Bir görüşü ehtiyatda olan “Qarabağ” onsuz da ilk dövrəni lider kimi tamamlayıb. Qurban Qurbanovun komandası “Sabah”ı 2 xal qabaqlayır və topladığı 24 xal sayəsində özünü lider kürsüsündə rahat hiss edir. “Turan Tovuz” “köhlən atlar”ı məğlub etməyi bacarsa belə, bu qələbə turnir cədvəlində hansısa dəyişikliyə səbəb olmayacaq. 5-ci sıradakı “Qəbələ”nin 15 xalı var, Tovuz təmsilçisi “qırmızı-qaralar”dan 4 xal geridədi. Deməli, “Qarabağ”la görüşün nəticəsindən asılı olmayaraq, “Turan Tovuz” ikinci dövrəyə 6-cı sırada başlayacaq. Elə bu səbəbdən də həmin görüşün nəticəsini gözləmədən ilk dövrə haqda fikirlərimi oxucularla bölüşməyə qərar verdim.

İlk dövrədən sonra komandaların tutduqları yerlər, toplaqdıqları xallar ədalətlidi? Bəlkə də bu suala birmənalı cavab verməklə kiminsə haqqını tapdalamış olardıq. Amma indiki mənzərə, turnir cədvəlindəki sıralama belə narahatlıq üçün əlyeri qoymur. Şəxsi qənaətimdi ki, 10 komandanın 10-u da sıralamadakı yerinə layiqdi, heç kim başqasının yerində “əyləşməyib”. Siz də razılaşarsız ki, hazırkı şəraitdə “Qarabağ”a Azərbaycan çempionatında rəqib yoxdu. Qurban Qurbanov əlinin altındakı heyətdən əla yararlanır. Vacib məqamlarda aparıcı oyunçulara istirahət imkanı yaradan çalışdırıcı komandasını daim formada saxlayır. Xüsusilə də mərkəz müdafiəçiləri həm avrokuboklarda, həm də yerli çempionatda üzərlərinə düşən yükün öhdəsindən layiqincə gəlməyə çalışırlar. Çünki Qurbanov qalan mövqelərdə asanlıqla rotasiyaya əl ata bilsə də, müdafiəçiləri heç də tez-tez dəyişmək imkanına sahib deyil. Xüsusilə də Bəhlul Mustafazadə Kevin Medinanın zədələnməsindən sonra “Qarabağ”ın vazkeçilməz futbolçusuna çevrilib. Bir tərəfdən baxanda bu gənc futbolçu üçn əla fürsət oldu, Mustafazadə etimadı doğrultdu. Əminliklə söyləmək olar ki, ucaboy müdafiəçi son bir ildə “Qarabağ”ın düşərgəsində əməlli-başlı “artırıb”. Keçirdiyi 8 oyunun hamısında qələbə qazanan “Qarabağ” qapısında cəmi 6 top görüb ki, bu göstəriciyə görə də rəqiblərini qabaqlayır. Yeri gəlmişkən, azarkeşlərinə 25 dəfə qol sevinci yaşadan Ağdam təmsilçisi premyer-liqanın ən məhsuldar komandasıdı.

Çoxları “Neftçi”nin “Qarabağ”ın əsas rəqibi olacağını gözləyirdi. “Ağ-qaralar”ın heyətində yetərincə legioner var. Səviyyəli yerli futbolçuların da sayı az deyil. Amma təəssüflə qeyd etməliyik ki, klub rəhbərliyi hələ də məşqçi problemini həll edə bilməyib. “Qarabağ”la görüşdən öncə vətəninə yollanan Laurentsiu Regekampf heç də məsuliyyətli mütəxəssis olmadığını göstərdi. Buxarestdə keçmiş həyat yoldaşına əl qaldırmasıyla gündəmə gələn baş məşqçi övladını xaç suyuna salandan sonra Bakıya qayıtdı. Onun komandaya belə az vaxt ayırmasının nəticəsi özünü son iki oyunda göstərdi. “Qarabağ”a uduzan “Neftçi” doğma meydanda “Turan Tovuz”un da müqavimətini qıra bilmədi. 9 tura 8 xal itirməyə macal tapan “ağ-qaralar” lider “Qarabağ”dan 5, ikinci pillədəki “Sabah”dan isə 3 xal geri qalıb. Özü də şəxsi görüşlərdə “Neftçi” həm “Sabah”a, həm də “Qarabağ”a yenilib ki, bunun özü də xeyli ciddi məqamdı. Görünən odu ki, ölkənin ən qocaman klubu mükafatlar uğrunda yarışan iki əsas rəqibindən təkcə xal fərqinə görə geri qalmır, həm də onlardan zəifdi. İstər məşqçisinin işə məsuliyyətsiz yanaşması səbəbindən olsun, istərsə də heyətdəki nöqsanlara görə. Belə yerdə səbəb nəticəyə heç cür haqq qazandıra bilməz.

“Sabah” “Neftçi”dən qat-qat hazırlıqlı və sabit təsir bağışlayır. Masazır təmsilçisinin sona qədər çempionluq yarışının içində olacağını da gözləməyə dəyər. “Zirə”nin ilk “üçlüy”ə başağrı olacağını da proqnozlaşdırmaq mümkündü. Düzdü, Rəşad Sadıqovun komandası çempionata heç də yaxşı başlamamışdı. Turlar irəlilədikcə bu gərginlik də arxada qaldı, zirəlilər artıq qələbələri sıralayır. Bu məqamda Tovuz səfərindən gətirilən 3 xalın əhəmiyyətini də vurğulamaq lazımdı. “Zirə”nin işləri qaydasına düşdükcə davamını gətirmək də asanlaşır, futbolçular psixoloji gərginlikdən xilas olur. Rəşad Sadıqovun bir müddər əvvəl heyətdən kənarlaşdırdığı futbolçuları bağışlaması da düşərgədəki yaxşı əhval-ruhiyyənin göstəricisidi. Xüsusilə də Təmkin Xəlilzadənin formasını bərpa etdikdən sonra komandasına fayda verəcəyini söyləmək olar. “Zirə” qədər olmasa da, “Qəbələ”nin də mükafatçılar sırasına düşmək şansı var. O da həqiqətdi ki, “qırmızı-qaralar” qışda güclənməlidi.

“Qəbələ” ilə bağlı maraqlı məqam odu ki, Elmar Baxşıyevin komandası ilk dövrədə heç-heçə etməyib, güzəştsiz mübarizə ilə diqqəti çəkib.
Etiraf etməliyik ki, qalan komandaların yuxarı sıralardakı mübarizəyə müdaxilə edəcəyi heç də inandırıcı deyil. “Sumqayıt”, 9 legionerinə rəğmən, elitanın ən bərbad komandasıdı. “Kəpəz”lə “Şamaxı”nın da səviyyəsi bəllidi. “Səbail” hər nə qədər “bərk qoz” təsiri bağışlasa da, qeyri-sabit və “dişsiz” komanda olmağın əziyyətini çəkir. “Turan Tovuz” isə “autsayderlər qrupu”nun ən səviyyəlisidi. Amma tovuzluların 6-cı pillədən yuxarı boylanacağına inanmağım gəlmir. Bir sözlə, 9 turdan sonra hamı layiq olduğu yerdədi.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-09-2022, 18:0

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Premyer-liqa / Manşet

7-08-2022, 00:0

"Turan Tovuz" premyer-liqada ilk matçına çıxır - YENİLƏNİR

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə