• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hiddink yenidən Avstraliya yığmasında?! - TƏHLİL

Dünya futbolu / Yazarlar

30-09-2022, 12:0

Bir il əvvəl məşqçilik karyerasını başa vuran Quus Hiddink bugünlərdə Avstraliya yığmasının düşərgəsində görünüb.

Məşhur niderlandlı bu komandanın Yeni Zelandiya ilə yoldaşlıq matçında ehtiyat oyunçular skamyasında əyləşib. Bir andaca 75 yaşlı mütəxəssisin 16 ildən sonra yenidən Avstraliyanı çalışdıracağı haqda xəbərlər yayılıb. Amma...

Ağlagəlməz ideya

Onun bu komandadakı 2005-06-cı illəri əhatə edən qısamüddətli fəaliyyəti materik-ölkədə hələ də xoş xatirələrlə xatırlanır. Avstraliyalıların Ossi Quus adlandırdıqları Hiddink onda yığma tarixinin ən yaxşı nəticəsini reallaşdırmışdı. Avstraliya millisi onun başçılığı altında 2006-cı ildə Almaniyada təşkil edilən dünya çempionatının 1/8 finalına çıxmış və gələcək çempion İtaliyaya minimal hesabla uduzmuşdu. 16 il əvvəl niderlandlıya kömək edən 59 yaşlı Qrehem Arnold hazırda yığmaya rəhbərlik edir.

Məşhur avropalını komandaya özünə köməkçi kimi çağıran da odu: “Günlərin birində axşam saatlarında beynimi belə ağlagəlməz ideya zəbt etdi: məşqçilik peşəsində çox şey öyrəndiyim və mənə karyeramda böyük köməyi dəyən adamı niyə komandaya qaytarmayım?”
Quus baba bu təklifi sevinclə qəbul edib: “Arni mənə zəng edib “geri dönməyini istəyirəm” dedi. Bu təklifi bir saniyə belə düşünmədən qəbul etdim”.

Heyət seçimi və motivasiya

Qeyd etdiyimiz kimi, Hiddink artıq əvvəlki iş yerində fəaliyyətə başlayıb. Sentyabrın 22-də keçirilən Yeni Zelandiya ilə yoldaşlıq matçında ehtiyat oyunçular skamyasında olub. Avstraliyanın 1:0 hesabı ilə qalib gəlməsi niderlandlını çox sevindirib. O, qələbənin əhəmiyyətini belə vurğulayıb: “Bu, yalnız sınaq oyunu olsa da, qazanlan qələbə komandanın gücünə əminliyi baxımından vacibdi. Yeni Zelandiya çox güclü və bacarıqlı komandadı. Amma oyuna görə 2-3 top fərqi ilə qalib gəlməliydik”.

Arnold həmkarının artıq futbolçularla işə və komandaya dəyərli məsləhətlər verməyə başladığını bildirib: “Dünya çempionatına ən yaxşı oyunçularımızı aparmalıyıq. Bu baxımdan Quusun istedadları müəyyən etmək bacarığı lap yerinə düşür. Hiddink birgə səhər yeməyinə gələrkən futboçuların simasını görə bilsəydiz... İndi komandada olanların böyük əksəriyyətinin 2006-cı ildə 5-6 yaşları vardı. Quus və onun oyunçuları müasir futbolçular üçün əsl kumir idilər. O, matçlardan əvvəl bir sıra qeyri-adi və vacib təlimatlar verirdi”.

Arnold ondan çox şey öyrənib

Arnold Hidinkin əsl şagirdi sayılır. Ondan çox şey öyrənib. Avstraliyalı məşqçi avropalı ilə birgə fəaliyyətinin ona yığmanı Qətərdə keçiriləcək dünya çempionatına çıxarmaqda çox kömək etdiyini deyir. Peru ilə pley-off oyununda qalibi penalti seriyası ilə müəyyən etmək lazım gəlmişdi. Arnold həlledici məqama az qalmış “çərçivə”ni ehtiyat qapıçı Endryu Redmeynə həvalə etmişdi. “Sidney”in 33 yaşlı oyunçusu rəqibin son zərbəsini dəf etməklə baş məşqçinin doğru qərar verdiyini sübut etmişdi.

Hiddink 2005-ci ildə analoji tryuku sınamaq istəmişdi. Avstraliya onda pley-offda Uruqvayla qarşılaşırdı. Baş məşqçi az qala həlledici məqamda Mark Şvartseri Jelko Kalaç ilə əvələyəcəkdi. Amma son anda fikrindən daşınmış və Şvartser cənubi amerikalıların iki zərbəsini zərərsizləşdirməklə milli qəhrəmana çevrilmişdi...

Arnold seçmə turnirin son matçındakı uğurlarını belə xarakterizə edir: “Quus vaxtilə mənə bu tryuku öyrətmişdi. Özü bundan yararlana bilməmişdi, amma mən necə lazımdısa, elə də etdim!” Hiddink sabiq köməkçisinin fikrini belə təsdiqləyir: “Məndən fərqli, o, bunu etmək üçün özündə cəsarət tapdı. Bu təcrübə üzərində yeni uğur qazanmaq olar”.
Əlbəttə, Hiddink yığmanın baş məşqçisini tərifləməyi də lazım bilir: “Qrehemlə çox fəxr edirəm. Onunla uzun illər əvvəl işləmişdim. İndi isə komandanı necə idarə etdiyini görürəm. Və məni heyranlıq hissi bürüyür!”

O, komanda ilə Qətərə yollanmayacaq

Hiddink Avstraliya yığmasına yalnız biroyunluq kömək üçün çağırılıb. Bu isə Yeni Zelandiyaya qarşı sınaq matçına təsadüf edib. Artıq məlum olduğu kimi, Arnoldun komandası mundialdan əvvəl evdə sonuncu yoxlama oyununda uğur qazanıb. Niderlandlı məhz bu matç ərəfəsində Hind okeanını aşmaq şansına malik olub.

Məsələ ondadı ki, Avstraliyada yığmanın 100 illik yubileyi ilə bağlı olaraq rəmzi “əsrin komandası” müəyyən edilib. Bu komandanın əsasını məhz Hiddinkin DÇ-2006-da başçılıq etdiyi yığmanın aparıcı üzvləri təşkil edir: Mark Şvartser, Lukas Nil, Skott Çipperfild, Brett Emerton, Kreyq Mur, Mark Breşiano, Tim Keyhill, Harri Kyuell, Con Aloizi, Mark Viduka. Bəli, 23 nəfərlik siyahıya layiq bilinənlərdən 10-u Almaniyadakı mundialın iştirakçısı olub.

Məhz Hiddinkin “əsrin komandası”nın baş məşqçisi seçilməsində isə qeyri-adi heç nə ola bilməz. Onun yığmanın 100 illik yubileyi ilə bağlı tədbirə dəvət olunması da məntiqidi. Arnold isə bu fürsətdən yararlanaraq onun Yeni Zelandiya ilə oyunda texniki zonada olmasına nail olub. Baş məşqçi bu məsələni belə izah edib: “Köməkçilərim bizim dünya çempionatının qrup mərhələsindəki rəqiblərimizi – Danimarka və Fransanı izləmək üçün Avropaya yollanıblar. Quus 100 illik yubileylə bağlı ölkəmizə gəldiyi üçün köməyinə ehtiyac duydum. O da yardımını əsirgəmədi. Başqa sözlə, bu, birdəfəlik aksiyadı”.

Artıq aydın olduğu kimi, Hiddink komanda ilə Qətərə yollanmayacaq. Onun avstraliyalılara köməyi sırf dünya çempionatına hazırlıq prosesi ilə bağlı olacaq. Təəssüf, məşhur niderlandlını daha bir nəhəng turnirdə iş başında görmək maraqlı olardı...

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu / Manşet

1-04-2022, 21:0

DÇ-2022-nin püşkü atıldı

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə