• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo artıq heç kimə lazım deyil!

Dünya futbolu

30-07-2022, 13:0

Həftənin əvvəlində hər kəs Lionel Messinin “Barselona”ya mümkün dönüşünü müzakirə edirdisə, həftənin ortalarında informasiya məkanını artıq Kriştiano Ronaldo ələ keçirdi.
"Football-plus.az" xəbər verir ki, ailə mülahizələrini əsas gətirməklə “Mançester Yunayted”in Asiya turnesini buraxan, ümumiyyətlə, “qırmızı şeytanlar”ın heç bir mövsümöncəsi məşqinə qatılmayan portuqaliyalı, nəhayət, komandanın düşərgəsinə dönüb.
Azmış oğulun qayıtması
“Qızıl top”un beşqat qalibi Karrinqtondakı bazaya agenti Jorje Mendeşin müşayiəti ilə qədəm qoyub ki, bu məqam da İngiltərə futbolunun əsas insayderlərindən biri David Ornşteynin bir neçə gün əvvəl yaydığı versiyanı təsdiqləyir. Həm o, həm də transfer bazarında yaşanan bütün olaylardan xəbər tutan Fabritsio Romano fərqli detallar üzərində “gəzişsələr” də, ortaq fikrə malikdilər: klub Ronaldonu saxlamaq fikrindədisə, Mendeş ulduz müştərisinə yeni iş yeri tapmaq inadından əl çəkmir.
Kriştianonun motivasiyası aydındı – Çempionlar Liqası! Bununla bağlı qəzetimizin ötən sayında geniş yazı dərc olunduğundan bir daha toxunmaq istəmirik. Ronaldonun artıq 37 yaşı var və hər mövsüm onun üçün qızıla bərabərdi. “Çelsi”nin və İrlandiya yığmasının sabiq hücumçusu, hazırda ekspert kimi çalışan Toni Kaskarino da o ehtimalı irəli sürür ki, portuqaliyalı qitənin ən nüfuzlu klub turnirindəki rekordunu Messiyə təhvil verməkdən çəkinir. İngiltərədə onu da iddia edirlər ki, Ronaldo MY-nin transfer kampaniyasını qətiyyən bəyənmir, sadəcə, yeni baş məşqçi Erik ten Haqın “Ayaks”da gördüyü iş və Mançesterdəki perspektivi ilə bağlı müsbət fikirdədi. Elə baş məşqçi özü də məşhur forvardla birgə işin gələcəyi ilə bağlı nikbindi, bu qənaətini artıq dəfələrlə təsdiqləyib: “Biz bu mövsüm Ronaldoya bel bağlayırıq, vəssalam. Onunla çalışmaq imkanını səbirsizliklə gözləyirəm. O mənə gedəcəyini deməyib. Bu haqda xəbərləri oxumuşam, ancaq dediyim kimi, Kriştiano satılmır. O, mənim planlarıma daxildi, biz birlikdə uğur qazanmaq istəyirik. Bu problem yaranana qədər aramızda ünsiyyət olub. Həm də deyərdim ki, çox yaxşı şəkildə söhbət etmişik”.
Ten Haqın xatırlatdığı söhbət mayda – niderlandlı “sükan arxasına” keçəndən dərhal sonra baş tutub. Və indi – artıq şəxsi söhbət zamanı – niderlandlı Ronaldonu birgə işin perspektivinə inandırmağı planlaşdırır. İngiltərənin bəzi qaynaqları klubun ağır artilleriya qismində ser Aleks Ferqyusonun xidmətindən yararlanacağını iddia etsələr də, sonradan aydın olub ki, əfsanəvi şotlandiyalı Karrinqtondakı bazaya ulduz yetirməsi ilə danışmaq üçün yox, MY rəhbərliyinin çoxdan planlaşdırılan iclasına qatılmaq üçün təşrif buyurub.
Dalan
Vəziyyət həm də ona görə təzadlıdı ki, Kriştianonun karyerasını davam etdirməklə bağlı ciddi variantı yoxdu. MLS və Yaxın Şərq variantlarını heç yaxın buraxmırıq, ona görə ki, portuqaliyalı, sadəcə, oynamaq və milyonlar qazanmaq eşqinə düşməyib. O hələ də nüfuzlu titullar qazanmaq istəyir. Ancaq Ronaldonun ambisiyalarına uyğun gələn klubların sayı bir əlin barmaqları qədərdi. Belə klublarda da ya vakansiya yoxdu, ya da qocalmış ulduzu dəvət etmək istəyi.
Məsələn, “Çelsi”də baş məşqçi Tomas Tuxel veteran forvardla müqavilə bağlamağın əleyhinə çıxır. Ronaldonun təklif olunduğu “Bavariya” artıq təkziblə çıxış edib. Münhenlilərin arzularında dolaşan hücumçu Harri Keyndi. Nəhayət, “Atletiko” mövzusu da bir neçə gün mediada dolaşdı. Kimlərsə portuqaliyalının xanımı Corcina Rodrigesin sosial şəbəkələrdə Dieqo Simeonenin həyat yoldaşı Karla Pereyronun izləyiciləri sırasına qoşulmasını gizli əlamət saydı.
Həqiqətən də bəzən belə kiçik detallarda hansısa vcib nəticə gizlənir. Axı Robert Levandovskinin xanımı da polşalı ulduz Kataloniya klubuna keçidi razılaşdırana qədər “Barselona”nın sosial şəbəkə hesablarına abunə olmuşdu. Bu üzdən həftəortası bir çox kütləvi informasiya vasitəsi, o cümlədən nüfuzlu “The Atletik” də ortaq fikrə gəldi ki, “Atletiko” Kriştiano üçün son variantdı. Ancaq burda da dolaşıq məqamlar var idi. “Hindular” maaş tavanına uyğunlaşmaq üçün kimlərisə satmalıydı. Üstəlik portuqaliyalının indiki maaşı və Mendeş üçün nəzərdə tutulan xidməthaqqı da onların cibinə görə deyil.
Ancaq bu yöndə gəzib-dolaşan bütün mülahizələrə madridlilərin prezidenti Enrike Serezo son qoydu: “Kriştiano Ronaldo ilə bağlı bu tarixçəni kimin düzüb-qoşduğunu bilmirəm. Tam bir yalandı, onun “Atletiko”ya keçidi praktiki cəhətdən mümkünsüzdü”.
Onda belə çıxır ki, Ronaldo heç kimə lazım deyil. Əlbəttə, “Mançester Yunayted” istisna olmaqla. Klub hətta müqavilədə nəzərdə tutulan müddətin daha bir il uzadılması ilə bağlı bəndi fəallaşdırmaq fikrindədi. “Telegraph” əmin edir ki, Karrinqtondakı danışıqlar dalana dirənib, ona görə ki, tərəflərdən hər biri öz fikrinin üzərində dayanıb. Deməli, serial davam edir. Ulduzun “Yuventus”dan ötənilki qaçışını nəzərə alsaq, bir gerçək üzə çıxır: Kriştiano və Mendeş düz “transfer pəncərəsi” bağlanana qədər getməyə cəhd edəcək. Onlar artıq kluba dərhal futbolçunun icarəyə verilməsi şərti ilə müqavilə müddətini artırmağı da təklif edib. Ancaq hələ ki bütün yollar “Old Trafford”un yerləşdiyi dalana aparıb çıxarır.

Bu mövzuda daha iki xəbər
* Sosial şəbəkə hesablarından birində belə xəbər yayılıb: “Jorje Mendeş MY-yə xəbər verib ki, Kriştiano Ronaldo getməyi çox istəyir. Danışıqlar o qədər də uğurlu alınmayıb. Mendeş Ronaldonun ayrıla biləcəyinə əmin deyil. Ser Aleks Ferqyuson müdaxilə edib. “Yunayted” idda edir ki, Ronaldo satılmır”.
Ronaldo bu xəbərin altında aşağıdakı şərhi yazıb: “Mənim haqqımda heç olmasa, bir gün danışmamaq mümkün deyil. Axı əks halda media pul qazana bilməz. Bilirsizmi, yalan danışmasaz, adamların diqqətini cəlb edə bilməyəcəksiz. Davam edin. Bəlkə günlərin birində düzgün xəbər də dərc etdiz”.
* “The Athletic”in xəbərinə görə, Jorje Mendeş ÇL-də çıxış edəcək, Ronaldonun yetirməsi olduğu və 2003-ə qədər şərəfini qoruduğu “Sportinq”lə də əlaqə saxlayıb. Lissabonluların belə sövdələşmə üçün pul tapması çətindi. Xüsusən də Ronaldonun maaşı üzündən. Üstəlik Portuqaliyanın vitse-çempionunun baş məşqçisi Ruben Amorim də Kriştianoun gəlişinin əleyhinədi, belədə oyun modelində ciddi dəyişikliyə ehtiyac duyulacaq. Amma dünya ulduzunun transferi kommersiya və marketinq baxımından “Sportinq” üçün hədsiz cəlbedici olardı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-07-2022, 16:0

Ronaldo yenə "Mançester Yunayted"in məşqinə qatılmadı

Dünya futbolu

5-07-2022, 11:0

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Dünya futbolu

5-07-2022, 12:0

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Dünya futbolu

17-06-2022, 18:0

Ronaldo "Yunayted"dən ayrıla bilər

Dünya futbolu

16-05-2022, 21:0

Ten Haq Ronaldonu komandada saxlamaq istəyir

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Bu gün, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Bu gün, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 248
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 207
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə