"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeş "Barselona"nın prezidenti Joan Laporta ilə görüşüb.
"Football-plus.az" AS nəşrinə istinadən xəbər verir ki, dünən baş tutan görüşdə onlar portuqaliyalı super-ulduzun Kataloniya klubuna mümkün keçidini müzakirə edib.
Mənbənin iddiasına görə Robert Levandovski transferinin dalana dirənməsi "Barsa"nı digər variantlara yönəlməyə məcbur edib. Ronaldo isə "Mançester Yunayted"də qalmaq istəmir və özünə kliub axtarır.