• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Şansları bərabər görürəm" - Rəşad Sadıqov

Konfrans Liqası

20-07-2022, 19:0

Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “Makkabi” (Təl-Əviv, İsrail) ilk oyunundan öncə keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

"Football-plus.az" xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

- Uzun zamandı, oyuna hazırlaşırıq. Amma bütün hazırlığı bu oyun üzərində qurmamışıq. Bizi qarşıda çox vacib çempionat da gözləyir. Hazırlığımız yaxşı keçib. Komandanın yanaşmasından razıyam. İlk oyundan ideal formada olmağı düşünmək yanlış olar. Sabah kimin daha hazır olması önəmli olacaq. Pozitiv köklənmişik. Meydanda hər şeyin ən yaxşısını etməyə çalışacağıq.

- “Makkabi”nin oyununu yerində izlədiz. Təəssüratlarınız...

- Fürsətdən istifadə edib canlı izləmək istədim. Rəqibdə məşqçi dəyişikliyi olub. Həm də təlim-məşqdən detallı məlumat əldə etmək olmur. Bu səfər çox səmərəli keçdi. “Makkabi”ni daha yaxından tanıdım. Nə qədər yararlı olub-olmayacağını zaman göstərəcək.

- Rəhim Sadıqov hansı mövqedə oynayacaq?

- Hər bir məşqçiyə xoş olar ki, futbolçu 2-3 mövqedə oynaya bilsin. Belədə, sistem dəyişikliyi etmək asandı. Müxtəlif sxemlərdə uğurlu çıxış edir. Onun universallığından istifadə etməyi planlaşdırırıq.

- Rüstəm Əhmədzadənin hazırkı durumu necədi? O da universal hücumçudu...

- Gənc, perspektivli oyunçudu. Onun komandaya xeyrinin dəyməsi və özünün inkişafı üçün bura gəlməsini istədik. Rüstəmin də marağı var idi. “Qarabağ”a transfer olmazdan əvvəl də onu komandamda istəmişdim. Amma menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynamaq istəyir. Hücumun 3 mövqeyində oynaya bilir. Daha çox hücumçu kimi istifadə edəcəyik.

- Elə də çox transfer etmədiz. Bu, komandanın sütutunun olması ilə əlaqədardır, yoxsa çatdıra bilmədiz?

- Transferlər avrokubokla əlaqəli deyil. Mövsümlük plan tutmuşuq. Seleksiyamız hələ ki, uğursuz davam edir. Mənim üçün vacib olan əlimizdəki futbolçuların hansı performansda olmasıdı. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Kuboku qazana, medalımızın əyarını daha yaxşı edə bilərdik. Heyəti genişləndirmək istəyirik. Rəqabət çox vacibdi. Kəmiyyət baxımından problem yaşayırıq, amma keyfiyyət cəhətdən narahatlığımız yoxdu. İnşallah, “Makkabi” ilə oyunlarda transferlərin yubanması hiss olunmayacaq.

- Təmkin Xəlilzadə cəzalı olduğu üçün Slavik Alxasovu transfer etdiz?

- Slavik “Sabah”a keçməzdən öncə onu komandamda düşünürdüm. Həmin zaman seçimi başqa oldu. Bəyəndiyim futbolçulardandı. Transferinin Təmkinin cəzalı olması ilə əlaqəsi yoxdur. Müvqelər üzrə iki futbolçu olmasını istəyirik. İndi cinahlarda seçim imkanlarımız daha çoxdur. Cəza, zədə hallarında və ya performans düşəndə bir-birini tamamlaya biləcəklər. Bu, bizim üçün çox vacibdi.

- Sizcə, Rüstəmin “Qarabağ”da potesialını açmasına nə mane oldu? “Zirə”də eyni problemi yaşamayacaq?

- Böyük komandada həmişə problem yaşaya bilərsən. Sadəcə, necə reaksiya verməyin vacibdi. Üzbəüz danışanda pozitiv reaksiya gördüm. Bu əzmkarlıqla davam etsə, heyətə düşməkdə problem yaşamayacaq və “Qarabağ”da da uğurlu ola bilər.

- Mərhələ keçsəz, çempionat oyunlarının təxirə salınmasını istəyəcəksiz? “Qarabağ” bu praktikadan istifadə edib...

- Son illər “Qarabağ” bunu minimuma endirib. Əslində, mən təxirəsalınmanın tərəfdarı deyiləm. “Makkabi”ni keçsək, bu barədə düşünərik. Heyətimiz kasaddır. Əsas məsələ sabahkı oyundu.

- Nominal hücumçunuz yoxdu...

- Oyundan öncə detallı danışa bilmirəm. Rüstəmin özünü də mərkəz hücumçusu kimi daha çox bəyənirəm. Keyta və Rəhim də bu mövqedə oynaya bilir. Hücumçu ilə bağlı narahatlığım yoxdur. Felipe Paxtmann komanda ilə məşq edir. Rüstəmə də, ona da çox güvənirəm.

- Rüstəm yoxsa Mirsayib daha hazırlıqlıdı?

- Hazırlıqları eynidi. Hər ikisi universaldı. Belə oyunçuları xoşlayıram. Futbolçuları seçəndə bu amilə diqqət edirəm.

- Müqaviləsi davam edən Ayzaya ilə yolları ayırdız. Bu, nə ilə bağlıdı?

- Mərkəz xəttə transfer etməyi düşünürük. Say olaraq azıq. Bacarıq olaraq çox yaxşı idi. Amma müəyyən şeylər varki, mənim komandamda o amillər çox önəmlidi. İstedadlı ola bilərsən, amma digər şeylər əhəmiyyətlidi. Normal ayrıldıq. Bir-birimizi başa düşdük. Brayan Alseusla bağlı da tam başqa problem idi. Onun potensialını bilirəm. Şəxsi problemləri var idi. Fikirli, qayğılı idi, bu da işinə köklənməsinə mane olurdu. Məşqçi bəzən dərhal qərarlar verməlidi. Mənə hansısa futbolçunu oynatmamaq ağır gəlir. Hər bir oyunçuya şans vermək istəyirəm. İnsan futbolu sevərək seçir. Ondan oynamağı aldıqda sevgidən məhrum etmiş oılursan. Kimisə oynatmamağı düşünürəmsə, ona məsləhət görürəm ki, başqa yerə gedib oynasın.

- Ayzayanın xarakter problemi var idi?

- Xarakterində ciddi problem yox idi. Hər şeyi demək olmur. Mən bir az fərlqi tip futbolçuları xoşlayıram.

- “Makkabi” cütün favoriti sayılır. Komandanızı bu oyuna hazır sayırsız?

- Bəli. “Makkabi”nin favorit sayılması normaldır. Komandanın böyük beynəlxalq təcrübəsi var. Vacib olan kimin necə hazır olmasıdı. Uzun plan qurmuruq. Məni sabah 90 dəqiqənin hər saniyəsi maraqlandırır. Maksimum diqqətli olmalıyıq, ürəyimizi verməliyik. Şansları bərabər görürəm. Düşünürəm ki, sabah “Makkabi”ni təəccübləndirə biləcəyik.

- “Makkabi” rəqib kimi düşəndə təəssüfləndiz, yoxsa sevindiz? Vaxtilə, “Qarabağ”ın “Rusenborq”la oyunları ilə paralel aparmaq olarmı? Həmin oyundan sonra “Qarabağ” yüksəlişə keçdi, “Zirə”də eyni hal ola bilərmi?
- Belə bir qələbə komandanı yeni səviyyəyə qaldıra bilər. 30 rəqibdən 25-i güclü rəqiblər idi. Mən rəqibi seçmirdim. Oynayan vaxtı da belə yanaşmamışam. Püşkün eçlə bir önəmi yoxdur. Vacib olan oyuna köklənmək, hazırlıq və hədəflərdir. İstəyirəm ki, futbolçular özlərini ən yaxşı tərəfdən göstərsinlər Komandamız bundan daha çoxunu bacarır. İnşallah, sabah meydanda bunu göstərəcəklər.

- “Qarabağ”ın güclü rəqiblər üzərində qələbələri sizə motivasiya verir?

- “Qarabağ”ın qələbələri və göstərdiyi oyundan dünya praktikasından istifadə etmək olar. Ki, bir komanda daha zəif liqada çşıxış etsə də, bu cür futbol oynayır və nəticələr əldə edir. Hər bir komanda üzərində qələbə qazanmaq olar. Bunlar böyük əməyin nəticəsidir. Bəzən “Qarabağ” elə üstünlük yaradır ki, düşünürsən bu rəqibi keçmək olar. Amma həmin komandalar bizim çempionatda çox fərqli oyun göstərərlər. Dünən də “Qarabağ” çox yaxşı oynadı, hesab böyük ola bilərdi. Əminik ki, cavab oyununda vacib və önəmli qəıləbə qzzana biləcəkləör. Bu amiıllər bütün klublar üçün motivasiyadı.

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

2-07-2022, 10:0

"Zirə"nin rəqibindən hücumçusuna vida

Konfrans Liqası

14-07-2022, 17:0

"Zirə"nin "Makkabi" ilə oyununun biletləri satışda

Konfrans Liqası

20-07-2022, 14:0

"Zirə"dən azarkeşlərə jest - Avtobus ayrılacaq

Konfrans Liqası

15-07-2022, 11:0

Rəşad Sadıqovun izlədiyi oyunda "Zirə"nin rəqibi uduzdu

Dünya futbolu

18-06-2022, 14:0

"Zirə"nin rəqibində ayrılıq

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 317
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə