"Zirə"dən azarkeşlərə jest - Avtobus ayrılacaq

20.07.2022 14:42 495
Konfrans Liqası
Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Makkabi" (Tel-Əviv) oyununu tribunadan izləmək istəyən azarkeşlər üçün nəqliyyat vasitəsi ayrılacaq.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, avtobuslar sabah saat 18.00-dan 19.00-a qədər "Koroğlu" metrosundan (Piramidanın arxasından) "Dalğa Arena"ya yola düşəcək.

"Zirə" – "Makkabi" matçı 20.00-da start götürəcək.