"Zirə"nin "Makkabi" ilə oyununun biletləri satışda

14.07.2022 17:59 603
Konfrans Liqası
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Makkabi Təl-Əviv” (İsrail) oyununun biletləri sabah - iyulun 15-i saat 12.00-dan satışa çıxarılacaq.

Football-plus.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
Azfarın Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən futbol meydançalarından almaq olar.