"Zirə"nin rəqibində ayrılıq

18.06.2022 14:04 469
Dünya futbolu
İsrailin "Makkabi" klubu futbolçusu Matan Baltaksa ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Təl-Əviv təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb. İsrailli oyunçu son 5 mövsümü icarə əsasında müxtəlif klublarda keçirib.

Qeyd edək ki, "Makkabi" (Təl-Əviv) Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq.