"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi Tel Əviv" növbəti oyununu keçirib.
Football-plus.az xəbər verir ki, paytaxt təmsilçisi İsrail Toto Kubokunun finalında "Makkabi Netanya" ilə qarşılaşıb.
Tel Əvivin "Blumfild" stadionunda keçirilən matçın əsas və əlavə olunmuş dəqiqələrində qalib müəyyənləşməyib - 0:0. Penaltilər seiyasında daha dəqiq olan netanyalılar 5:4 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.
Qeyd edək ki, görüşü "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov və köməkçisi Eltun Yaqublu da izləyib.
Rəşad Sadıqovun izlədiyi oyunda "Zirə"nin rəqibi uduzdu
Konfrans Liqası




