• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Yunayted”lə bağlı növbəti qalmaqal – ŞOK MƏQAMLAR

Dünya futbolu

24-06-2022, 18:0

“Mançester Yunayted” yenidən qalmaqalın mərkəzindədi.

İş ondadı ki, klubun icraçı direktoru Riçard Arnoldun fanatlarla ünsiyyət zamanı dediyi fikirlərin səsyazısı sosial şəbəkələrə sızıb. Arnold orda ötən mövsümü “faciəvi” adlandırır və yersiz transfer xərclərini etiraf edir.

Səsyazısı hardandı? Bu nə görüşdü?

Fevralın 1-də Ed Vudvordun yerini tutan Arnolda ötən şənbə azarkeşlərin onun Çeşirdəki evinin yanında aksiya keçirməyə hazırlaşmasıyla bağlı informasiya çatıb. Narazılığın səbəblərinə gəlincə, azarkeşlər transfer bazarındakı lənglikdən və MY-nin sahiblərindən, Qlyzer ailəsindən şikayətlənir.

Etiraz aksiyasının təşkilatçısı rolunda “1958” adlanan fanat hərəkatını 12 üzvü çıxış edib (bu qrup apreldə - “Norviç”lə ev oyunu ərəfəsində də aksiya keçirmişdi). Aksiya hazırlığından xəbər tutan Arnold üzbəüz danışmaq üçün yerli paba yollanıb. Görüşdə iştirak edənlər söhbəti yazaraq sonra da internetə qoyublar.

“Sadəcə, bir topa pulu yandırdıq”

İngiltərə tabloidləri Arnoldun görüşdəki etiraflarınə böyük sivinclə ayrı-ayrı sitatlara ayırıbılar.

• “Lənətə gəlmiş kabus. Hər dəqiqəsinə nifrət edirəm” – “Mançester Yunayted”in yeni icraçı direktoru komandanın 6-cı yerdə və çempion “Mançester Siti”dən 35 xal geridə bitirdiyi 2021/22 mövsümünü fanatlarla görüşdə belə xarakterizə edib.

• “Cəhənnəm olsun, biz, sadəcə, bir topa pulu yandırdıq. Avropada futbolçulara hamıdan çox, milyard funt xərcləmişik. İndiki vəziyyətimizdən məmnun deyiləm. Bu vəziyyət qətiyyən xoşuma gəlmir. Bunu araşdırmalıyıq. Sadəcə, məşq bazasına gedib, “göstərin, bizim milyard hardadı” demək olmaz. Düşünürəm ki, tarixən əlimizdəki vəsaiti yaxşı xərcləmirik. Böyük məbləği çölə atmışıq” – çox güman, Arnold belə deməklə sələfi Vudvorda söz atır. Əvvəlki icraçı direktor transferdəki yanlışlara görə onsuz da hamılıqla tənqid olunur.

• “Tranfer etmək istədiyimiz pullar baxımından pul həlledici amil deyil. Baş məşqçi De Yonqu istəyir, menecerlər də bu yöndə böyük iş görüb. O, əla futbolçudu. 100 milyon? 200? Bilmirəm. Kimi istəyirsiz, transfer edin. İstəyirsiz ki, mən özüm futbolçu alım? Sövdələşməni başa çatdırmaq üçün mümkün olan hər şeyi edirik. Artıq neçə gündü bu işlə məşğulam. Pul baxımından problem yoxdu, ancaq bəzi əngəllər var ki, onları sizə deyə bilmərəm. Qulaq asın, De Yonqu almaq üçün hər şey edirik və sizə deyirəm ki, zəruri vəsaitimiz var” – bu da Arnoldun klubu bazarda süstlükdə və “Barselona” ilə Frenki de Yonqun transferini ləngitməkdə suçlayanlara cavabındandı. Yeni baş məşqçi Erik ten Haq niderlandlı yarımmüdafiəçinin yolunu səbirsizliklə gözləyir.

• “Pul hardansa daxil olmalıdı. Qleyzeyzerlər ailəsi xoşunuza gəlməyə bilər. Ancaq bir başqasının gəlməsini istəyirsizsə, onlar da görməlidilər ki, azarkeşlər klubu və komandanı sevir” – Qlyezerləri müdafiə etmək üçün deyilən replikalardandı.

• Armold fanatlarla görüşdə onu da deyib ki, paltardəyişmə otağından iki xəbər ötürücüsü klubu tərk edib. İcraçı direktor konkret ad çəkməsə də, hər halda, yayda komandanı tərk edən 6 oyunçunu – Pol Poqba, Cessi Linqard, Edinson Kavani, Nemanya Matiç, Xuan Mata, Li Qrant – göz önünə gətirib, hansısa nəticələrə gəlmək olar.

• “Gənc oyunçularımıza baxın. AÇ-dən sonra pis günləri oldu. Reşford, Sanço... Bütün təhqirlərdən sonra çətin mövsüm keçirdilər. Onların özünəinamının sarsılmasına təəccüblənmirəm”.

MY necəsə reaksiya verdi?

Bazar günü klub adından belə bəyanat yayıldı:

“Riçard bir qrup azarkeşin onun evinin yaxınlığındakı paba toplaşdığını bilib. O, azarkeşlərlə görüşüb, onlara içki alıb, fikirlərini dinləyib və izah edib ki, klub meydanda uğur qazanmaq, stadionu yaxşılaşdırmar və fanatlarla qarşılıqlı əlaqələri möhkəmlətmək baxımından nə edir”.


“Mançester Yunayted”in gözlənilməz müdafiəçisi də tapılıb. “Liverpul”un sabiq oyunçusu Ceymi Karrager Arnoldun videosunun sosial şəbəkələrə sızmasını qətiyyən bəyənməyib:

“Klubun top əməkdaşları ilə birbaşa ünsiyyət saxlamağın mümkünsüzlüyündən gileylənən hər azarkeşə demək istəyirəm ki, belə görüşlərin alınmamasının səbəbi bax budu”.


MY necə xərcləyir – həqiqətən “pul topasını yandırır”?

Arnoldun fikirlərini çatdırma formasını dartışmaq olar. Ancaq yuxarıda qoyulan sualın sadə cavabı “bəli”di. Bəzi qaynaqlar komanda martda Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya uduzandan sonra “Mançester Yunayted”in transferlərə nə qədər pul xərclədiyini hesablamağa çalışıb. Hesablama nöqtəsi kimi klubun turnirdə sonuncu dəfə uğur qazandığı 2011-dən bəri olan dövr götürülüb. İndi rəqəmə baxın: MY 2011-dəki finaldan sonra transferlərə 1341,1 milyon funt xərcləyib.

Əsas rəqiblər “at oynadır”, amma MY tələsmir

Premyer-liqada “transfer pəncərəsi” yalnız iyunun 10-da açılıb, ancaq azarkeşlər əsəbləşməkdədi. Rəqiblərin fəallığı onları özündən çıxarır: “Mançester Siti” Erlinq Holannı gətirib, “Liverpul” Darvin Nunyeslə anlaşıb, “Tottenhem” Antonio Konte üçün heyət yığır (İvan Perişiç, İv Bissuma). “Mançester Yunayted” isə yalnız müqavilə müddəti bitən futbolçuların gedişi haqda xəbər verib.

“Sky Sports”un yaydığı xəbərə görə, MY əvvəllər Ten Haq ilə bağlı olan futbolçuların transferi üzərində fəal şəkildə çalışır. Poqba, Matiç və Matanın gedişindən sonra yarımmüdafiənin mərkəzi prioritetə çevrilib. Frenki de Yonqa görə “Barselona” ilə danışıqlar davam edir. Kataloniyalılar ona 80 milyon avro qiymət qoyub, ancaq onların maliyyə problemindən xəbərdar olan “Yunayted” qiymətin aşağı salınacağına ümid edir. Bundan başqa, Frenki özü hazırda yığma oyunlarından sonra istirahətdədi. “Yunayted” “Ayaks”ın vingeri Antoni ilə müdafiəçisi Yurrien Timberin də xidmətində maraqlıdı. Ancaq burda məsələ heç də sadə deyil: Niderland yığmasının baş məşqçisi Lui van Qal klubunda müntəzəm oynamasa, müdafiəçini DÇ-yə aparmayacağını deyəndən sonra transfer qəlizləşib. Deyilənə görə, Timber belə aqibətlə üzləşməmək üçün “Ayaks”da qalmaq fikrindədi.

Daha bir potensial hədəf “Brentfor”dakı yarım ildə top səviyyəyə qayıdan Kristian Eriksendi. Danimarkalı yaxın günlərdə gələcəyinə dair qərar verməlidi.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2022, 17:0

"Mançester Yunayted"dən rekord

Dünya futbolu

7-05-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

8-05-2022, 19:0

Ronaldo Fergüssonla görüşdü

Aktual
Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 01:25
    "Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas
  • Bu gün, 00:59
    İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi
  • Bu gün, 00:41
    "Yeni transferlərlə güclənməyə ehtiyacımız var " - Kaxaber Sxadadze
  • Bu gün, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 23:51
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
  • Dünən, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Dünən, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Dünən, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Dünən, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Dünən, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Dünən, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Dünən, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Dünən, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Dünən, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Dünən, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Dünən, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Dünən, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Dünən, 17:40
    MY-dən daha bir transfer
  • Dünən, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Dünən, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Dünən, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Dünən, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Dünən, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Dünən, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Dünən, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Dünən, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Dünən, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Dünən, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Dünən, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Dünən, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Dünən, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Dünən, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Dünən, 10:00
    Yusif İmanov "İmişli"də
  • 13-07-2026, 23:0
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 227
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 146
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə