"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə klubundakı gələcəyi haqqında düşünür.
"Football-plus.az" xəbər verir ki, 37 yaşlı futbolçu son zamanlar “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Fergüssonla müntəzəm olaraq üzbəüz görüşlər keçirib və komandada qalmaq perspektivlərini müzakirə edib.
Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb. Portuqaliyalı forvard bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 18 qol vurub və 3 qolun ötürməsini verib.