Bu gün football-plus.az saytının redaksiyasında Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinin rəhbərlərinə göndərdiyi “Redaksiya siyasəti və peşə etikası qaydaları” məktubu müzakirə olunub.
Saytın rəhbəri Mahir Rüstəmli kollektiv üzvlərinin hər birinə bu qaydaların təqdim olunduğunu, hər kəsin əsas prinsiplərdən xəbər tutduğunu bildirib. Müzakirə zamanı “təkzib və düzəliş”, “peşə etikası”, “sosial mediada jurnalistin davranışı” ilə bağlı müddəalara daha çox toxunulub. Saytın əsasən bu prinsiplərə əməl etdiyi vurğulanıb, kollektiv üzvlərinə peşə etikası qaydalarına daha ciddi şəkildə riayət olunması, xəbər mənbələri ilə iş sahəsində keyfiyyəti artırmaq tapşırılıb.
Saytın əməkdaşları ayrı-ayrı məqamlarla bağlı fikirlərini bölüşüblər. Gündəlik praktik iş zamanı üzə çıxan problemlərin həlli üçün bütövlükdə ölkə mediasının bəzi ümumi prinsip və qaydalara əməl etməsinin vacibliyi ilə bağlı müzakirə gedib.