Serxio Peres: "Nələrisə kollektiv daxilində müzakirə etməliyik" - AÇIQLAMA

25.05.2022 13:46 475
İdman
İtaliya və ABŞ mərhələlərində olduğu kimi, İspaniyada da “Red Bull”un pilotu Maks Ferstappen finişə 1-ci çatdı.

"Football-plus.az" xəbər verir ki, onun komanda yoldaşı Serxio Peres 2-ci oldu. İlk “3-lüy”ü “Ferrari”dən Corc Rassell qapadı.

Serxio Peres ikinci olması ilə bağlı fikirlərini media ilə bölüşüb:

“Sözsüz, mən bu yarışda qələbə qazanmaq üçün iştirak edirəm. Mənim üçün üç pit-stop taktikası seçilsəydi, finişə 1-ci çatacaqdım. Ancaq hələ mövsümün əvvəlidi, komanda əla temp yaxalayıb, bu üzdən, sadəcə, nələrisə kollektiv daxilində müzakirə etməliyik. Heç nədən narahat deyiləm, komandada atmosfer əladı ki, bu da xoşuma gəlir”.