Budapeştdə Avropa çempionu olan Azərbaycan sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib:
"İlk qızıl medalımızı qazandığım üçün xoşbəxtəm. Finaldakı rəqibim Vladislav Baytsayevlə daha əvvəl də üz-üzə gəlmişdim. Bu səbəbdən, rəqibin güləş üslubuna bələd idim".