Berlində keçirilən şahmat FIDE Qran-prisinın 3-cü mərhələsində bu gün yarımfinal qarşılaşmaları oynanılacaq.
Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Digər yarımfinal görüşü iranlı Amin Tabatabayi ilə ABŞ-ın digər şahmatçısı Uesli So arasında olacaq.
Görüşlər saat 17.00-da başlanacaq.