Güləş Federasiyasında növbədənkənar Ümumi Yığıncaq keçirildi

9.04.2022 20:30 664
İdman
Azərbaycan Güləş Federasiyasının (AGF) növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.

Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə (İK) yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İK-ya üzv seçilib.

Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:

1. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti

2. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

3. Namiq Abdullayev - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

4. Fərid Mansurov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

5. Vasif Məmmədov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü


Qeyd edək ki, İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.