Məmmədyarovla Rəcəbov növbəti görüşünə çıxacaq

3.06.2022 13:25 450
İdman
Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turniri davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün IV turun görüşləri keçiriləcək. Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da növbəti sınağa çıxacaq.

Məmmədyarov qara fiqurlarla çinli Van Hao ilə oynayacaq. Rəcəbov isə ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqrafın müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, 3 turdan sonra Şəhriyar 4 xalla 6-cıdır, 1,5 xala malik olan Teymur sonuncu - 10-cu yerdədi.