Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın 3-cü mərhələsində ilk yarımfinal görüşünü keçirib.
Qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 30-cu gedişdə "sülh"ə razılaşıb. Cavab qarşılaşması martın 31-də gerçəkləşəcək.