“Opta” platforması dünya çempionatının qrup mərhələsinin 1-ci turunun rəmzi komandasını tərtib edib.
"Football-plus.az" xəbər verir ki, ən yaxşı “11-lik”də ABŞ və Kabo Verde yığmaları daha çox - hərəyə iki futbolçu ilə təmsil olunub. Bir sıra digər komandaların bir üzvü siyahıya düşüb. İlk turun rəmzi komandasının heyəti aşağıdakı kimi formalaşıb:
qapıçı - Vozinya (Kabo Verde); müdafiəçilər - Entoni Robinson (ABŞ), Amir Murilyo (Panama), Harri Suttar (Avstraliya), Pedro Lopes (Kabo Verde); yarımmüdafiəçilər - Ueston Makkenni (ABŞ), Əyyub Buaddi (Mərakeş); hücumçular - Lionel Messi (Argentina), Erlinq Holann (Norveç), Kilian Mbappe (Fransa), Yan Diomande (Kot d’İvuar).