"Qarabağ"ın futbolçusu Misirə qarşı oynadı

23.01.2024 12:25 181
Dünya futbolu
"Qarabağ"ın futbolçusu Patrik Andradenin formasının geyindiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma Misirlə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Patrik Andrade bu görüşdə iştirak edib. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

Bu qələbə ilə xalını 7-yə yüksəldən Kabo-Verde 1-ci pillədə qərarlaşıb. Misir 3 xalla 2-cidir.