Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

4.08.2026 11:07 17
Avrokuboklar
"Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun səfərdə keçiriləcək oyundan əvvəl mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də olacaq konfrans saat 11.45-də başlayacaq. Tədbir “Azərsun Arena”da təşkil olunacaq.

“Dinamo” - “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lyubin şəhərində - "Lyublin Arena"da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.