Milli komandada yeni müqavilə

19.06.2026 15:35 32
Dünya futbolu
Vladimir Petkoviç Əlcəzair yığmasını daha uzun müddət çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, Bosniya və Hersoqovinadan olan mütəxəssis yerli futbol təşkilatı ilə yeni müqavilə imzalayıb. Əlcəzair Futbol Federasiyasının məlumatına görə, 62 yaşlı mütəxəssis yığmanı 2028-ci ilin iyuluna qədər çalışdıracaq.

Petkoviç milli komandaya 2024-cü ildən rəhbərlik edir. Yığma onun başçılığı altında 2025-ci ildə keçirilən Afrika Millətlər Kubokunda 1/4 finala qədər irəliləyib.

Əlcəzair dünya çempionatının qrup mərhələsində Argentinadan başqa İordaniya (23 iyun) və Avstriya (28 iyun) yığmaları ilə də mübarizə aparacaq.