Kabo-Verde millisinin üzvü "Turan Tovuz"da - 3 illik müqavilə

23.06.2025 15:51 24
Ölkə futbolu
"Turan Tovuz" bu yay ilk transferini edib.

"Football-plus.az" xəbər verir ki, Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb.

“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. 26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.