Bu gün futbol üzrə 1-ci liqada 2026/27 mövsümünün püşkatma mərasimi keçirildi.
"Football-plus.az" xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL prezidenti Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak etdilər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin 1-ci və 19-cu turlarının (3-cü dövrənin) püşkləri atıldı. Sentyabrın 3-də start götürəcək yeni mövsümün 1-ci və 19-cu turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidi:
1-ci tur
MOİK – “Şahdağ Qusar”
“Şimal” – “Cəbrayıl”
“Xankəndi” – “Səbail”
“Mingəçevir” – “Zaqatala”
“Baku Sportinq” – “Karvan-Yevlax”
19-cu tur
“Mingəçevir” – “Xankəndi”
“Şahdağ Qusar” – “Zaqatala”
“Baku Sportinq” – “Səbail”
“Şimal” – MOİK
“Cəbrayıl” – “Karvan-Yevlax”