“Qartallar” hazırlıqsız yaxalanmışdıq deyə, “Torpedo” ilə oyunlardakı mümkün uğursuzluğu adi hal kimi dəyərləndirəcək, çox güman, üstündən sakitcə keçəcəkdik. Ancaq “Payde” ilə oyunların xarakteri, sonda qeydə alınan nəticə “Zirə” faciəsi ilə bağlı daha geniş danışmağa məcbur edir.
Əslində bu yazıdakı bir çox suallar məhz oyunsonrası mətbuat konfransında Rəşad Sadıqova verilməliydi. Sadəcə, Rəşad bəy oyunla bağlı fikrini söyləyəndən dərhal sonra konfrans salonunu tərk etdi, buna imkan olmadı. Bəlkə də Sadıqov “Qarabağ”ın Avroliqa oyununu izləməyə can atırdı. Ancaq həqiqətə ən çox yaxın olan ehtimal budu ki, Rəşad bəy bu məğlubiyyəti öz içində qəbul edə bilməmişdi, danışmağa, özünün və komandasının gücsüzlüyünü izah etməyə söz tapa bilmirdi.
Bəli, zahirən “Zirə” meydanda idi, erkən qol vurmaqla növbəti mərhələyə vəsiqənin təməlini qoymuşdu. Amma bu komandanın alternativ oyun planı yox idi, rəqib hesabı bərabərləşdirəcəyi təqdirdə nə edəcəyini düşünməmişdi. Topa sahib olmaq başqa şeydi, oyunu idarə, onun axarına nəzarət etmək tam başqa. “Zirə”, sadəcə, top gəzdirirdi...
“Payde” kimi aşağı səviyyəli rəqibə qarşı belə oyun anlaşılan deyil. Hücumda heç bir ideya, kreativlik yox idi, kənardan baxanda sistemsiz, plansız bir futbol görünürdü.
Üzücü məqam təkcə meydandakı oyun deyil. Baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransında dediyi “turu rəqibin keçəcəyi görünürdü” fikri, ümumiyyətlə, qəbulolunmzdı. Oyunun gedişində bunu görürdüzsə, faciənin qarşısını almaq üçün niyə heç nə etmədiz? Bu cümlə sanki məğlubiyyətlə əvvəlcədən razılaşmağın, komandanı dəstəkləməyə gələn azarkeşlərə “xoş gəldiz, xoş getdiz” deməyin əlamətidi. Komandanın əsas hücumçularından biri olan Georgi Papunaşviliyə start heyətində şans verilmədi. Digər tərəfdən, Rəşad Sadıqovun özünün “hazırdı” dediyi Yeqor Boqomolskiyə də şans verilməməsi qəribə görünür. Oyunçu hazırdısa, niyə meydanda deyil? Yox, hazır deyilsə, mətbuat konfransında niyə onu tərifləyirdiz?
Narahatlıq doğuran başqa məqamlar da var. Bəzi legionerlərin cinayətkarcasına məsuliyyətsizliyi, konkret oyun epizodlarında xəsisliyi, Qismət Alıyevin kapitan kimi komanda yoldaşlarını arxasınca apara bilməməsi və s. və i.a. Bir sözlə, “Zirə” “Payde” ilə oyunlarda qətiyyən azarkeşlərin ümidlərini doğrultmadı.
“Payde” cavab qolunu vurandan sonra oyunun tempini kəskin artırmaq lazım idi. “Zirə” bunun yolunu tapa bilmədi. Halbuki “Payde” heyət və oyunçularının fərdi ustalığı baxımından Azərbaycan çempionatında çıxış edən klubların çoxundan zəifdi.
Estoniyanın kənd komandası Azərbaycanın ən iddialı komandalarından birini əzdi və keçdi. Oyundan sonra nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular. Yazının indiyəqədərki bölümü şəxsi yanaşmalarımdan ibarət idi. Mənə elə gəlir ki, bu məqamda mütəxəssis fikrinə də ehtiyac var. Odu ki, sözü Aslan Kərimova verirəm:
“Məğlubiyyətin əsas səbəbi, açıq şəkildə desək, “Zirə”nin çoxlu qol imkanını reallaşdırıla bilməməsi oldu. Bu, birmənalı şəkildə ən böyük amildi. Komanda kifayət qədər çox epizod yaratdı, lakin bunlardan istifadə edə bilmədi. Ola bilsin, oyunçular müəyyən qədər həyəcanlıydılar. Halbuki qol epizodu əldə edən futbolçular yetərincə keyfiyyətli oyunçulardı. Məsələn, Ərən Aydının zərbəsindən sonra top iki dirəyə dəyib, qapı xəttinə düşdü və içəri girmədi. Daha sonra qapıçı meydançası daxilindən topu göyə vurdu. Belə hallarda oyunçuların keyfiyyətsiz olduğunu demək düzgün olmaz. Sadəcə, həmin gün onların günü deyildi.
İlk oyunda da oxşar vəziyyət yaşanmışdı. Orda da qol imkanları var idi, lakin diqqətsizlik səbəbindən qol buraxıldı. Bakıda keçirilən oyunda isə bu qədər imkanın dəyərləndirilməməsi sonda müdafiədə buraxılan bir səhvlə nəticələndi və bu da həlledici oldu.
Rəşad Sadıqovun fikirlərinə gəlincə, böyük ehtimalla o da məhz bu məqamı nəzərdə tuturdu. Komandanın həmin gün bəxtinin gətirmədiyini deyirdi. Açıq-aşkar görünürdü ki, rəqib üstün oyunla qalib gəlmir, sadəcə, “Zirə”nin yaratdığı imkanlar qola çevrilmirdi. Konate, Ərən Aydın, Volkov kimi oyunçuların hər birinin qol şansı oldu, amma top qapı xəttini keçmədi. Belə məqamlarda məşqçi də aciz qalır.
Ümumiyyətlə, “Zirə” taktiki baxımdan pis oynamadı. Topa nəzarət, hücumların qurulması, cərimə meydançasına daxilolmalar – bunlar hamısı var idi. Məşqçi öz üzərinə düşən tapşırıqları verir. Kim harada dayanmalıdı, kim hücuma qoşulmalıdı, hansı kombinasiyalar qurulmalıdı və s. Amma son nöqtəni qoymaq, yəni qolu vurmaq artıq futbolçuların üzərinə düşür. Bu mənada Rəşad Sadıqovun edə biləcəyi çox şey yox idi.
Boqomolskiyə gəlincə, konkret səbəbi demək çətindi. Bu, oyunçunun fiziki vəziyyəti, zədə ehtimalı və ya məşqlərdəki durumu ilə bağlı ola bilər. Heç bir məşqçi səbəbsiz yerə əsas oyunçunu kənarda saxlamaz. Çox güman, onun oynadılmamasının obyektiv səbəbi olub; ya tam hazır olmayıb, ya da risk etmək istəməyiblər. Nəticə etibarilə məğlubiyyətin əsas səbəbi aydındı: yaradılan çoxlu qol imkanının dəyərləndirilməməsi. Üstəlik rəqibin azsaylı hücumlarından birinin qolla nəticələnməsi oyunun taleyini həll etdi. Kəsəsi, həmin gün “Zirə”nin günü deyildi”.

İSRAYIL XEYRULLAYEV