“Kolumbus Kryu” Nəriman Axundzadənin “Ərzurumspor”a keçidi ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, 22 yaşlı hücumçu Türkiyə klubuna icarəyə verilib.
Müqavilə müddəti 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin Nəriman Axundzadəni icarə müddətinin sonunda birdəfəlik transfer etmək hüququ da var.
Xatırladaq ki, Nəriman “Kolumbus Kryu”ya bu ilin qış "transfer pəncərəsi"ndə “Qarabağ”dan keçib.