Afrikada DÇ-2026-nın daha bir iştirakçısı məlum olub.
"Football-plus.az" xəbər verir ki, Kabo Verde yığması tarixində ilk dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.
Dünya çempionatının seçmə mərhələsində uğurla çıxış edən komanda son oyunda Esvatiniyə 3:0 hesabı ilə qalib gələrək D qrupunda 1-ci yeri tutub. 10 turdan sonra 23 xal toplayan Kabo Verde 19 xala malik Kamerunu geridə qoyub.
Qeyd edək ki, gələn ilki dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Kamerun yox, Kabo Verde!
Dünya futbolu






