"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilə ilə "Zirə"yə məxsus olan 20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyubov mövsümün sonunadək icarə əsasında heyətə cəlb edilib.
Əkbər Eyubov, eyni zamanda U-21 millimizin üzvüdü.
"İmişli" bu yay Seyxan Fərəcov Sadiq Məmmədzadə, Bəxtiyar Həsənalızadə, Fərid Nəbiyev, Yusif İmanov, Domingos Sengui Hermenegildo və Yvan Senini də transfer edib.