Məlum olduğu kimi, dünən növbəti yoxlama oyununa çıxan “İmişli” “Sumqayıt”ı Qəbələdə darmadağın edib – 4:1. Bu hesab yetərincə maraq doğurduğundan, “pələnglər”in baş məşqçisi Fərid Namazovla danışmağı lazım bildik. Onun “Football-plus.az”a cavabı:
“İlk növbədə rəqibə maraqlı oyun üçün təşəkkürümü bildirirəm. Yoldaşlıq görüşləri ilə rəsmi oyunlar fərqlənir. Yəni dünənki hesab aldadıcı ola bilər. Çünki hər iki komanda həm fərqli oyunçuları yoxlayır, həm də taktiki baxımdan nələrisə sınaqdan keçirir. Əlbəttə, yoldaşlıq görüşləri də bunun üçündü. Fikirləşirəm ki, yaxşı, dinamik oyun keçdi. Hələ ki hazır olduğumuzu düşünmürəm, bütün komponentlər üzərində çalışmalı olduğumuz yetərincə nüans var”.
İSRAYIL XEYRULLAYEV