Almaniyaya qayıtdı

30.08.2026 11:54 29
Dünya futbolu
“Leyptsiq”in yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Martin Demiçelis Almaniya klubuna təyin olunub. Tərəflər arasında müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Ötən mövsüm bundesliqada 3-cü yeri tutan “Leyptsiq” Çempionlar Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, Demiçelis futbolçu karyerasında “Bavariya” ilə dörd dəfə Almaniya çempionu olub, “Mançester Siti” ilə İngiltərə premyer-liqasının və iki dəfə Liqa Kubokunun qalibi olub.

Argentinalı mütəxəssis məşqçi karyerasında “River Pleyt”, “Monterrey” və “Malyorka” klublarında çalışıb.