"Qarabağ"ın bu futbolçuları millidə

11.11.2023 10:34 203
Yığma
"Qarabağ"ın futbolçuları Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçilər Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə oyunları üçün millinin düşərgəsində olacaq.

Qeyd edək ki, Kabo Verde seçməsi noyabrın 16-da evdə Anqola ilə, 21-i isə səfərdə Esvatini yığmasının qonağı olacaq.