Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?

29.07.2026 10:13 360
Aktual / Avrokuboklar
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA – “Qarabağ” matçının oyunöncəsi proqramı açıqlanıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə Sofiya təmsilçisi məlumat yayıb. Belə ki, ÇSKA-nın baş məşqçisi Xristo Yanev bu gün, Bakı vaxtı ilə saat 13.00-da jurnalistlərin suallarını cavablayacaq. Komandanın media üçün açıq məşqi saat 19.00-da başlayacaq.

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da mətbuat konfransı keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20.45-da start götürəcək. “Köhlən atlar” Sofiyada oyunöncəsi məşq keçirməyəcək.

Xatırladaq ki, qarşılaşma sabah, saat 22.00-da başlayacaq.

KƏNAN BAHADIR