"Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı

4.08.2026 10:52 38
Ölkə futbolu
“Neftçi” premyer-liqada yeni mövsümün hazırlığına start verib.

"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasındakı səfər matçından sonra 3 günlük istirahətə buraxılan komanda üzvləri dünən “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında məşqə çıxıb.

"Ağ-qaralar” 1-ci turda “Sumqayıt”ın qonağı olacaq. İlk turun görüşləri 14-17 avqust aralığında keçiriləcək.