"Karvan-Yevlax" Elvin Yunuszadə ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.
Ötən ilin yayından Yevlax təmsilçisində çıxış edən 33 yaşlı müdafiəçi komandada 19 oyun keçirib.
Millimizin sabiq üzvü "Neftçi", "Qarabağ", "Sabah", "Səbail" və "Qəbələ"də də oynayıb.