"Zaqatala"nın baş məşqçisi açıqlandı

4.08.2026 19:26 35
Ölkə futbolu
"Zaqatala"nın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisini Rakif Əliyev çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Rakif Əliyev "Qəbələ" və "Kəpəz"də analitik kimi fəaliyyət göstərib, həmçinin, "Qarabağ"ın akademiyasında çalışıb.