“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu

29.07.2026 13:52 231
Aktual / Ölkə futbolu
Klubdaxili nizam-intizam qaydalarına pozduğuna görə “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan futbolçulardan Elvin Cəfərquliyev əfv olunsa da, onunla eyni vaxtda kənarlaşdırılan Abbas Hüseynov hələ də ofsayddadı. “Qarabağ”ın əvəzediciləri artıq bir neçə yoxlama oyunu keçirib.

31 yaşlı müdafiəçi bu komanda ilə hazırlıq keçib? Bu matçlarda özünü göstərə bilibmi?

“Football-plus.az” bu sualları əvəzedici komandanın baş məşqçisi Maksim Medvedevə ünvanladı:

“Komanda ilə birgə məşqlərdə iştirak edir. Lakin həm fiziki, həm də pisixoloji baxımdan meydana çıxmağa hazır deyil. Bu səbəbdən ona oyunlarda şans vermirəm. Təxminən 6 aya yaxındı əsas komandadan uzaq düşüb. Ümid edirəm ki, yaxın müddətdə öz formasını bərpa edəcək”.

İSRAYIL XEYRULLAYEV