“Kolambus Kryu”da çıxış edən Nəriman Axundzadə klubunu dəyişir.
"Football-plus.az" xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən superliqada mübarizə aparacaq “Ərzurumspor“la anlaşıb. Bu haqda klub məlumat yayıb.
Bildirilib ki, tezliklə Türkiyəyə gedəcək Axundzadə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Nərimanın yeni klubuna icarə əsasında qoşulacağı gözlənilir.
Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.