• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama

Aktual / Ölkə futbolu

Bu gün, 18:00

1-ci liqada baş verən yeniliklərdən xəbərdarsız. İş adamı Mirzə Bayrampur son mövsümdə premyer-liqaya yüksələ bilməyən “Səbail”i alıb. Bir neçə yeni transfer edən “dənizçilər” indi Türkiyə toplanışına hazırlaşır. Yeni mövsümdən ev oyunlarını “ASCO Arena”da keçirə bilməyəcək komanda yeni yuva axtarır.

Çərşənbə günü müsahibə verən Mirzə Bayrampur belə deyib:

“Ümid edirəm ki, yeni mövsümün startına qədər məsələ müsbət həll olunacaq və “Səbail” “Quba” adı ilə çıxış edəcək. Stadion məsələsi ilə bağlı da hazırda bir neçə variant üzərində işləyirik. Quba stadionu ilə bağlı danışıqlar aparılır. Bu prosesdə AFFA ilə də müzakirələr davam edir. Məsələ müsbət həllini tapsa, klub fəaliyyətini orada davam etdirəcək. Əks halda, qarşıdakı mövsümdə ev oyunlarımızı Bakıda keçirəcəyik. Paralel olaraq paytaxtda stadion axtarışını davam etdiririk. Lakin qeyd etdiyim kimi, əsas istəyimiz növbəti mövsümdən etibarən “Quba” adı altında fəaliyyət göstərməkdi”.

Yaxşı, “Səbail” “Quba” olmaq istəyir, bəs 2-ci liqada çıxış edən, son mövsümü hətta 3-cü yerdə bitirən “Quba” nə olacaq? Bu məsələ ilə bağlı “Quba”nın sabiq prezidenti Ayaz Abdullayevin fikirlərini öyrəndik:

"Son beş ildə Azərbaycan futbolunda çoxlu faciə yaşamışam. Fizikada bir qanun var, Nyutonun 3-cü qanunu: hər təsirə bir əks təsir var. Görünür, bizim yaxşı niyyətimizə, zəhmətimizə və səbrimizə qarşı da hər dəfə yeni bir zərbə gəlib. Bu xəbər də həmin zərbələrin növbətisidi. Bu, sanki domino effektidi. Bir faciə bitməmiş digəri başlayır. Bu qədər çətinlik içində olan bir kluba münasibətdə bunu eləmək yaraşarmı?! “Quba” adı ilə çıxış etmək istəyirlərsə, buyursunlar. Kaş ki, məqsəd həqiqətən Quba futbolunun inkişafı olaydı. Amma təəssüf ki, mən buna inanmıram. Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək. Bilməsələr belə, zamanı gələndə hər şeyi mən özüm danışacağam. Bu günə qədər susmuşuq. Bu susqunluq nə qorxudan olub, nə də çəkinməkdən. Sadəcə, bəzi insanların xətrinə, bəzi dəyərlərə hörmət etdiyimiz üçün danışmamışıq. Amma görünür, bunu zəiflik kimi qəbul ediblər. Bu sükutumuzdan istifadə edib, həqiqətə uyğun olmayan açıqlamalar verirlər. Guya komandanı hansısa fantastik qiymətə onlara təklif etmişik və sair. Bunların heç biri həqiqəti əks etdirmir.
Adam öz-özünə bir sual verir: bir adın arxasında dayanan zəhməti bu qədər asan silmək olarmı? İki il ərzində bu klubu yaşatmaq üçün çəkilən əziyyət, gecə-gündüz verilən mübarizə, tökülən tər, yaşanan çətinliklər bir qərarla yox sayıla bilərmi? Bu klub üçün öz cibindən pul xərcləyən, sağlamlığını, əsəblərini, ailəsinə ayıracağı vaxtı bu yolda sərf edən insanların haqqı necə olacaq? Futbolçuların haqqı necə olacaq? Məşqçilərin haqqı necə olacaq? Ən əsası, komandanın ən çətin günündə belə tribunaları tərk etməyən, yağışda da, soyuqda da arxamızda dayanan azarkeşlərin haqqını kim verəcək?

Futbolçuların axşam yeməyi üçün qapılar döyürdük. "Uşaqlar, heç olmasa, gəlib sizin restoranda bir tikə çörək yesin", - deyə xahiş etdiyimiz insanlar var idi. O gün bizi qapıdan geri qaytaranların bu gün Quba adına sahib çıxmağa çalışması, əlbəttə, düşündürücüdü.

Bir atalar sözü var: "Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə". Mən heç kimə qarğış etmirəm. Sadəcə, həyatın dəyişməyən bir qanunu var: insan nə əkirsə, gec-tez onu da biçir.

Quba adı heç kimin şəxsi mülkü deyil. Bu ad kabinetlərdə yaranmayıb. Bu ad insanların sevgisi, əziyyəti, göz yaşı və alın təri ilə formalaşıb. Adı sənədlərdə dəyişmək mümkündü, amma onun tarixini, ruhunu və insanların yaddaşındakı yerini dəyişmək mümkün deyil. Artıq 8-9 aydı klubda qərar verən şəxs deyiləm. Klubun idarə heyəti var və qərarları onlar verir. Mən onların adından danışa bilmərəm”.


İSRAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

19-06-2026, 22:0

Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı

Ölkə futbolu / Aktual

21-06-2026, 14:0

"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?

Ölkə futbolu

17-06-2026, 23:0

"Səbail"in yeni rəhbəri bəlli oldu

Ölkə futbolu / Manşet

29-07-2026, 17:0

“Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?

Ölkə futbolu / Aktual

9-07-2026, 18:0

İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”

Aktual / Ölkə futbolu

21-08-2025, 22:0

“Çox güman ki, dəyişdiriləcək” – “Quba”, yoxsa “Hypers Quba”?

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Bu gün, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Bu gün, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 125
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə