“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir

4.08.2026 17:57 64
Aktual / Avrokuboklar
“Sabah” sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Orhus”un qonağı olacaq. Xəbər verdiyimiz kimi, komanda dünən bu məqsədlə Danimarkaya yollanıb.

Bu arada artıq oyun üçün satışa çıxarılan biletlərin hamısı satılıb. “Football-plus.az” xəbər verir ki, bu barədə “Orhus”un rəsmi saytı məlumat yayıb. Klubdan 9000 yerlik “Randers” stadionunda tribunaların dolu olacağı bildirilib:

“Bütün biletlərin satıldığını elan etməkdən qürur duyuruq. Göstərdiyiniz qayğı və dəstək üçün hər birinizə təşəkkür edirik”.

Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.

KƏNAN BAHADIR