''Bavariya'' açıq şəkildə yeni mövsüm üçün 3 futbolçuya özünə yeni klub tapmağı məsləhət görüb. Söhbət Saşa Boe, Brayan Saraqosa və Joao Palyinyadan gedir.
Münhen nəhənginin idman direktoru Maks Eberl bunları deyib:
"İstərdik ki, bu oyunçular özlərinə yeni klub tapsınlar. Çünki burda qaldıqda oynamaq şansları demək olar, olmayacaq. Təbii ki, müqavilələləri davam etdiyi müddətdə onların burda qalıb məşq etmək, üzərlərində çalışmaq imkanı var. Ancaq yeni mövsüm üçün onlar bizim planlarımıza daxil deyil''.
Qeyd edək ki, hər 3 futbolçu zatən ötən mövsümü icarə əsasında başqa klubda keçirmişdi. Portuqaliyalı Palyinya ''Tottenhem''də, ispaniyalı Saraqosa ''Roma''da, fransalı Boe ikinci dövrəni ''Qalatasaray''da keçirmişdi. Boe İstanbul nəhəngində 20 rəsmi oyuna çıxmış və pis təsir bağışlamamışdı. Bir ara onun bu yay yenidən ''Cim-Bom'' tərəfindən icarəyə götürüləcəyi bildirilsə də, hələlik bu iddialar təsdiqini tapmayıb.
Ümumiyyətlə ''Bavariya''nın 2024-ün yanvarında 30 milyon avroya transfer etdiyi Boenin Almaniya karyerasını uğurlu adlandırmaq çətindi. O, bu müddət ərzində heç cür əsas heyət üzvünə çevrilə bilmədi. ''Rekordmayster'' ilə 2028-ə qədər müqaviləsi olan 25 yaşlı cinah müdafiəçisinin yeni mövsümə hansı klubda başlayacağı maraq doğurur.