• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Klublar yığma üzvlərini əsas heyətdə oynatmır ki, bunu da faciə sayıram”

Aktual / Ölkə futbolu

26-10-2024, 17:0

Ölkəmizin U-21 yığmasının AÇ-2025-in seçmə mərhələsindəki son oyunları fiasko ilə nəticələndi.

Şimali İrlandiya (0:5) və İngiltərə (0:7) ilə səfər oyunlarını nəzərdə tuturuq. Biabırçı nəticələrdən sonra yığmanın baş məşqçisi Samir Əliyev istefa verdiyini açıqladı. O, son müsahibəsində problemlərdən danışmaqla yanaşı, həll yolunu da irəli sürüb:

“Üç əsas meyar var. Birincisi, infrastruktur olmalıdı. İnfrastruktur dedikdə məşq meydanlarının sayının çoxluğunu nəzərdə tuturam. İkincisi, kütləvilik yaranmalıdı. Meydan olmaya-olmaya, rayonlarda kütləvilik yaratmağa çalışırıq. Üçüncüsü, təhsildi. Söhbət ümumi təhsildən gedir. Məşqçilər maarifləndirilməlidilər. Dayanmamalı, daim oxuyub öyrənməli, öz üzərimizdə çalışmalıyıq”.

Məşqçi sexinin ağsaqqallarından Ağasəlim Mircavadov da bu oyunlar vaxtı U-21-in düşərgəsində olub. Dünən onunla söhbətləşdik.

- U-21-in son səfər oyunlarında siz də düşərgədə olduz. Nələr izlədiz, nəyə şahidlik etdiz?
- Elə şeylər gördüm ki, daha ora getmək istəmirəm. Futbol üçün hər şərait orda var. Şimali İrlandiyanın iki milyona yaxın əhalisi var. 250 stadion və meydança var, futbola, xüsusən də uşaq futboluna yüksək səviyyədə baxırlar. İngiltərəni isə deməyə dəyməz, çünki orda şərait tam başqadı. Mənim xoşuma gələn bir şeyi danışım. Oyun günü stadiona gedərkən liftlə 3-cü mərtəbəyə qalxanda gördüm ki, komandanın köhnə oyunçularını matçlara dəvət edirlər. Hətta əlil arabasında gələn oyunçu da var, əlində əsa olan da var. Keçmiş oyunçularına yüksək qiymət verirlər. Çox heyran qaldım, bizdə belə şey yoxdu. Sual verdim ki, məqsəd nədi? Bildirdilər ki, yaşlı oyunçuları dəvət edirik ki, cavanlar baxsın, həmin yaşa çatanda eyni hörməti onlar da görəcəklərini bilsinlər. Yəni ənənələr qorunur. Futbolla məşğul olmuş insanlara hörmət davamlıdı. Oyundan sonra da kimin maşını var, özü gedir, olmayanı da klub yola salır.

- Hər iki oyunda böyükhesablı məğlubiyyət və çoxlu səhv gördük. Sizcə, futbolçularımız niyə bu gündədi?
- Məqsəd o idi ki, yaxşı çıxış edək. Amma bizdə futbol biliyi həddən artıq aşağıdı. Məsələn, Şimali İrlandiya ilə qarşılaşmada xal qazanmaq olardı. Amma futbolçularımız böyük səhvlər etdi. Əsasən də müdafiəcilər və qapıçı kobud səhvlərə yol verdilər. Ümumiyyətlə, həm İngililtərə ilə, həm də Şimali İrlandiya ilə oyunda çox asan toplar buraxdıq. Bir var rəqib səni səhvə məcbur edə, bir də var adı səhvlər edəsən. Oyunçunun topla davranışı, rəqibdən topu almaq biliyi bizdə zəifdi. Bunlar da klublara gedib çıxır. Yığma üzvlərinin 99 faizi əsas heyətdə oynadılmır. 10-15 dəqiqə meydanda olur, daimi olmurlar. Bu uşaqların əksəriyyəti ya əvəzedicilər liqasında, ya da aşağı liqada oynayır. İngiltərədə isə cinah hücumçularından biri "Yuventus"un, o biri Dortmund "Borussiya"sının əsas heyət üzvü idi. Bundan hər şeyi anlamaq olar. Futbola yanaşma bizdə və İngiltərədə fərqlidi. 27 minlik stadiona 18 min tamaşaçı bilet almışdı. Yağış yağırdı, amma stadion üstüörtülü olduğundan problem deyildi.

- 21 yaşlı futbolçular yaxın gələcəkdə əsas millinin üzvü olacaq. Bu gedişlə onlar yığmaya kömək edə biləcəkmi?
- Əsas yığmaya gəlmək üçün klublarda çox çalışmaq lazımdı. Bir də klubla yığmanın futbolçuları arasında əlaqə olmalıdı. Əlaqə var, amma ardıcıllıq lazımdı. Yığmada nə iş görülübsə, onlar klublara ötürülməlidi. Yəni müəyyən nüanslar var. Biz də istərdik ki, Azərbaycan usaqları xaricdə oynasın, yığma da da layiqincə mübarizə aparsın.

- Samir Əliyev vəziyyətdən çıxış yolu kimi meydança sayının artırılmasını, məşqçilərin maariflənməsini vacib hesab edir. Siz bu fikirlərlə razısız?
- Bunlar məlum məsələdi. Bizdə meydança yoxdu. Olanlar da bərbaddı. Bir meydançada 4-5 komanda çıxış edir. Dəfələrlə şahidi olmuşam ki, akademiyanın oyunçusu məşq edəndə saatyarım tamam olan kimi çıxarırlar çölə, başqa yaş qrupu gəlir. Həftədə 3-4 dəfə saatyarım məşqlə nəsə etmək olmur. Yüksək səviyyədə oynamaq, nəticə qazanmaq istəyiriksə, ilk növbədə infrastruktur olmalıdı. Qəbələdəki şərait başqa bölgələrimizdə də yaradılmalıdı. Əvvəlki illərdə məhlə futbolu vardı. Oyunçular, elə mən özüm də "Neftçi"də çıxış edəndə evin yanında olan meydançada oynayırdım. Məhəllə futbolu futbolun akademiyasıdı. Əfsus ki, o məhəllə futbolu indi yoxdu. Olanda da üstübağlı, ödənişli olur. Yəni problemlər həddən artıqdı. Meydançalar bizdə yox dərəcəsindədi. Həm Bakıda, həm də başqa şəhərlərdə. Bölgələrdə isə vəziyyət lap ağırdı. Məşqçilərin maariflənməsi məlum məsələdi. Futbol gündən-günən inkişaf edir, yeni qayda-qanunlar var.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

10-10-2024, 03:0

Samir Əliyev millimizi məşqə çıxardı

Ölkə futbolu / Manşet

8-05-2024, 15:0

Mircavadov: “Neftçi”yə gəlincə, açığı, bərbad oynayır”

Ölkə futbolu / Manşet

12-10-2024, 19:0

Millimiz böyük hesabla uduzdu - YENİLƏNİB

Yığma / Reportaj

14-09-2023, 14:0

Samir Əliyev seçmə mərhələyə məğlubiyyətlə başladı - REPORTAJ

Yığma

2-02-2023, 12:0

Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda

Yığma / Manşet

6-09-2024, 10:0

U-21 sonuncu pillədən qurtula biləcəkmi? - YENİLƏNİR

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 431
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 189
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə